İtirdiyi zənn edilən qadın 15 saat qondolda qalıbmış

10:24 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Tahoe gölündəki xizək kurortunda bütün günü snoubordda gəzdikdən sonra dostları tərəfindən itkin düşdüyü bildirilən qadın, temperatur mənfidən aşağı düşdüyü bir gecədə telesiyej gondolunda sıxılmış vəziyyətdə tapılıb.

Hafta.az-ın yazdığına görə, daha sonra KCRA-ya ispan dilində verdiyi müsahibədə Monika Laso “Heavenly Ski Resort”da dağdan aşağı qondolla enməyə üstünlük verdiyini, çünki daha çox snoubord sürmək üçün çox yorğun olduğunu söyləyib. Bu səbəbdən Laso saat 17:00-da qondola minib, lakin qondola bir neçə dəqiqə sonra dayanıb və səmada asılı qalıb. O, kömək üçün qışqırıb, lakin heç kim eşitməyib.

"Səsim boğulana qədər çarəsizcə qışqırdım" deyən Laso, cib telefonu olmadığı üçün kömək çağıra bilməyib.

Qadın 15 saat soyuqla mübarizə aparmaq üçün əllərini və ayaqlarını bir-birinə sürtdü. Milli Meteoroloji Xidmətin məlumatına görə, gecənin aşağı temperaturu -5 dərəcə Selsi olub.

Lasonun dostları ona çata bilməyəndə, onun itkin düşdüyünü El Dorado Dairəsinin Şerif Ofisinə bildirib, lakin komandalar ertəsi gün qondol dağdan enənə qədər Lasonun bütün gecə orada olduğunu başa düşməyiblər.

South Lake Tahoe Yanğın Departamentinin batalyon rəisi və sözçüsü Kim Corc “Associated Press”ə bildirib ki, Laso qondolada tapıldıqdan sonra tibb işçiləri səhər saat 8:30-da obyektə gəliblər.

Corc bildirib ki, Laso şüurlu və ayıq olub, xəstəxanaya aparılmaqdan imtina edib.

Batalyon rəisi yanğınsöndürmə idarəsində işlədiyi 23 il ərzində "əvvəllər heç vaxt belə bir hadisə ilə üzləşmədiyini" deyib.

“Heavenly Mountain Resort”un verdiyi açıqlamada qadının necə bu vəziyyətdə qaldığını "son dərəcə ciddi" araşdırdıqları bildirilib. "Qonaqlarımızın təhlükəsizliyi və sağlamlığı bizim əsas prioritetimizdir" deyib kurortun vitse-prezidenti və baş əməliyyat direktoru Tom Fortune.