İtkin düşən ana və uşaqları tapılıb

09:38 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda itkin düşən ana və uşaqları tapılıb.

 

Hafta.az-ın xəbərinə görə, Qızxanım Salamzadə və övladları - 2010-cu il təvəllüdlü Səadət Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə və 2004-cü il təvəllüdlü Əbil Salamzadə tapılaraq ailə üzvlərinə təhvil verilib.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

 

Qeyd edək ki, Q.Salamzadə və övladları oktyabrın 10-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yaşadıqları evdən çıxaraq itkin düşmüşdülər.