İtkin düşən Cəlilabad sakini tapılıb

22:14 02.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

Hafta.az xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

Oxunma sayı 100