"Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib".
Hafta.az-a bu sözləri itkinin qardaşı Dharan Kondaveeti deyib. O qeyd edib ki, polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstərsələr də, qardaşı ilə bağlı heç bir məlumat əldə edə bilməyiblər.
Dharan Kondaveeti onu da əlavə edib ki, keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, qardaşını tapan şəxsə 40 min manat pul mükafatı verəcəklər.
Bunun üçün bəzi qayda və şərtləri də açıqlayıb:
Mükafat yekun məbləğdir və o ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək; İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək; Heç kimi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq; Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək; İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq; Bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.