Aİ Macarıstan iqtisadiyyatını "hədəf almağı" planlaşdırır

09:10 30.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya göndəriləcək yardım paketi ilə bağlı Avropa İttifaqının (Aİ) Macarıstan hökuməti ilə fikir ayrılığı davam edir.

Hafta.az-ın “Financial Times”ə istinadən yazdığına görə, Budapeşt rəhbərliyinin Ukraynaya dəstək paketinə veto qoymağa davam edəcəyi təqdirdə Aİ-nin Macarıstan iqtisadiyyatını hədəf alacağını yazıb.

Aİ rəsmilərinin daxili yazışmalarına əsaslanan xəbərdə Ukraynaya dəstək mövzusunda razılıq əldə edilməzsə, Brüsselin Macarıstan valyutasını hədəf alacağı və investorların etibarını azaltmaq üçün addımlar atacağı iddia edilib.

Sözügedən planı ehtiva edən sənəddə deyilir: “Fevralın 1-də keçiriləcək sammitdə razılıq əldə olunmazsa, digər ölkələrin dövlət və hökumət başçıları Macarıstan baş nazirinin qeyri-konstruktiv davranışı səbəbiylə AB maliyyə vəsaitlərindən faydalana bilməyəcəklərini ictimaiyyətə açıqlayacaqlar".

Sənəddə həmçinin deyilirdi ki, "Aİ fondları olmasa, maliyyə bazarları və beynəlxalq şirkətlər Macarıstana sərmayə qoymaqda daha az maraqlı olacaqlar. Bu, dövlət kəsirinin dəyərini sürətlə artıra və valyutanın dəyərini aşağı sala bilər".

Qəzetə danışan üç Aİ diplomatı bildirib ki, bir çox ölkələr Macarıstan iqtisadiyyatını hədəf almaq planını dəstəkləyir. Diplomatlardan biri "Vəziyyət risklidir və nəticələri ağır ola bilər. Bu, şantajdır" deyib.

Məsələ ilə bağlı “Financial Times”ə danışan Macarıstanın Aİ naziri Janos Boka heç bir iqtisadi təhlükədən xəbərsiz olduğunu, lakin ölkəsinin təzyiqlərə boyun əyməyəcəyini bildirib.

"Macarıstan Aİ fondlarına çıxış və Ukraynaya dəstək arasında əlaqə yaratmır və digər tərəflərin bunu etməsinə qarşıdır. Macarıstan danışıqlarda konstruktiv iştirak edib və bunu davam etdirəcək", - Boka bildirib.

Macarıstanlı nazir ölkəsinin həyati maraqlarına zidd olmadığı müddətcə güzəştə getməyəcəklərini də vurğulayıb.

Macarıstan hökuməti ötən ay Ukraynaya verilməsi planlaşdırılan 50 milyard dollarlıq əlavə dəstək paketinə veto qoyub və baş nazir Viktor Orban keçən həftə keçirilən fövqəladə sammitdə gələcək hər hansı dəstək paketinə qarşı çıxacaqlarını söyləyib.