Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2023-cü il statistik hesabatını dərc edib.
Hafta.az-ın yazdığına görə, əvvəllər məhkəməyə baxılan ərizələrin sayına görə ölkələr arasında birinci yerdə olan Rusiyaya qarşı ittihamnamələrin sayı, Rusiya Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyasından (AİHM) çıxsa da, ona qarşı işlərin sayı davamlı şəkildə azalmaqdadır. Buna mənada, şikayətlərin sayı baxımından Türkiyə Rusiyanı geridə qoyub və hazırda baxılan işlərin 34,2 faizi Türkiyədəndir.
Siyahıda Türkiyədən sonra ən çox şikayət işi Rusiyaya məxsusdur.
AİHM məlumatlarına görə, məhkəmənin ümumi iş yükü olan 68450 iddianın 23397-si Türkiyə mənşəli iddialardır. Məhkəmə sədri bildirib ki, bu işlərin böyük əksəriyyəti 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhdlə bağlıdır.
“Euronews”da yer alan xəbərə görə, 2022-ci ilə nisbətən Rusiya ilə bağlı müraciətlər 5 min iş, İtaliya ilə bağlı müraciətlər isə minə yaxın iş azalıb.
Rusiyadan gələn 12450 iş AİHM-də müzakirə olunmağı gözləyir.
Ən çox müraciət edilən üçüncü ölkə 8750 şikayətlə Ukraynadır.