Yazını böyüt
Yazını kiçilt
ABŞ keçmiş prezident Donald Trampın yenidən prezident seçilməsi ehtimalı ilə bağlı narahatlıqlar səbəbindən 2025-ci ilin yanvarına qədər Ukraynaya mümkün qədər çox yardım göndərmək niyyətindədir. Bu barədə CNN anonim qalmaq istəyən amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“ABŞ administrasiyası ciddi şəkildə başa düşür ki, bu, yəqin ki, Ukrayna üçün hər hansı hərbi maliyyələşdirmə üçün son şansdır”, - materialda deyilir.
Rəsminin sözlərinə görə, Ağ Ev, NATO və Ukrayna rəhbərliyi Tramp seçkilərdə qalib gəlsə və prezidentliyə gedərsə, Kiyevə yardımın azalacağından “açıq şəkildə xəbərdardır”.