ABŞ İran tankerini ələ keçirdi

15:46 26.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Dəniz Qüvvələri İranın kölgə donanmasına məxsus “M/V Sevan” tankerini ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə CENTCOM-dan məlumat verilib.

“Tanker İranın neft və qaz məhsullarını daşıdığına görə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları altında idi. Tanker daha sonra ABŞ-ın hərbi müşayiəti altında İrana geri göndərilib”, - məlumatda qeyd olunub.