ABŞ Avropa Komandanlığının çavuş-mayoru Ermənistan Silahlı Qüvvələrinin Serjant Korpusuna dəstək vermək üçün Ermənistanda olub.
Bu günlərdə ABŞ-nin Avropa Komandanlığının baş çavuş-mayoru Robert Aberneti Ermənistan Silahlı Qüvvələrinin Çavuş Korpusunun formalaşdırılması və ilkin inkişafına kömək etmək üçün Ermənistanda olub.
Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində bəhs edilir.
“Daha güclü gələcək üçün güclü tərəfdaşlıq”,- məlumatda belə deyilir.
Hafta.az-adan zəruri arayış:
Ordunun çavuş-mayoru (Sergeant Major of Army, abreviatura “SMA”) ABŞ Ordusunda çavuş heyəti hərbçilərinin unikal rütbəsi və vəzifəsidir.
Bu rütbənin sahibi ordudakı bütün çavuşların komandiridir və onların maraqlarını qorumaq və Birləşmiş Ştatların Silahlı Qüvvələrinin ən yüksək rəhbərliyində onların nümayəndəsi olmaq üçün təyin edilir.