Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb. Hadisə ştatın çöl ərazisində olub. Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.
San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.
Hadisə ilə bağlı istintaq başlayıb.