ABŞ-də atışma - dörd nəfər yaralanıb

09:15 04.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 3-də ABŞ-nin Oklahoma ştatındakı Arkadiya gölü yaxınlığında baş verən atışmada dörd nəfər yaralanıb.

Hafta.az-ın məlumatına görə, bu barədə "KWTV-DT" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə yerinə gələn polis əməkdaşları maşında güllə yarası alan dörd nəfər aşkar ediblər.

Xəsarət alanların sağlamlıq vəziyyəti, eləcə də hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.