Rusiya prezidenti Vladimir Putin Qərb qadın liderlərinin dərin saxta pornoqrafiyasını hazırlamağı planlaşdırır.
Hafta.az-ın yazdığına görə, bu haqda məlumatə “The Sun” nəşri yayıb. Qəzetə danışan ABŞ rəsmisi iddia edib ki, Kreml əvvəllər Ukraynada qadın siyasətçiləri gözdən salmaq üçün həyata keçirdiyi oxşar əməliyyatlarda “uğur qazanıb”.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin Dezinformasiya İşçi Qrupunun keçmiş rəhbəri Nina Yankoviç mövzu ilə bağlı deyib: "Mən Rusiyanın yerində olsaydım, demokratiyaları sarsıtmaq və güc balansını pozmaq üçün dərin saxta pornoqrafiyadan istifadə edərdim. Qadınları hədəf almaq ən doğru yoldur”.
Yankoviç Rusiyanın daha əvvəl Gürcüstan və Ukraynada belə üsullardan istifadə etdiyini irəli sürüb.
Qəzet 7 il əvvəl ukraynalı deputat Svitlana Zalişçukun başına gələnləri xatırladıb. Zalişçukun Ukraynanın Rusiyaya qarşı müharibədə uduzacağı təqdirdə küçələrdə çılpaq qaçacağına söz verdiyi və bir neçə aydan sonra alman jurnalistin ukraynalı deputatdan verdiyi sözə əməl edib-etməyəcəyini soruşduğu saxta yazı yayılıb. Haqqında saxta paylaşımda süni intellektlə yaradılmış fotoşəkillərdən istifadə edilən Zalişçuk iki il sonra seçkidə məğlub oldu.
Gürcüstanda qadın liderlərə qarşı da saxta seks kasetlərindən istifadə edildiyini bildirən Yankoviç, "Bunu yaşadıqdan sonra ictimai həyatı tamamilə tərk edən bir neçə qadın var" deyib.
Saxta görüntülərin qadın siyasətçilərin karyeralarına dərindən təsir edə biləcəyinə diqqət çəkən Yankoviç, "Rusiya bu vəziyyətdən çox strateji istifadə edir. Onlar uydurma şeylərlə cəmiyyətin zəiflikləri və qadın düşkünlüyü meylləri ilə oynayırlar" deyib.
Bu il ABŞ və İngiltərədə seçki kampaniyalarının aparıldığına işarə edən Yankoviç seçicilərin qadın namizədlərin saxta seks görüntüləri ilə qarşılaşa biləcəyinə dair xəbərdarlıq edib.