Yazını böyüt
Yazını kiçilt
“Ermənistan Ordusu Günü münasibətilə vətənlərinin müdafiəsi üçün xidmət edən hər kəsə minnətdarlığımızı bildiririk”.
Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində yerləşdirilmiş yazıda belə deyilir.
"Biz Ermənistan Silahlı Qüvvələri ilə güclü və artan əməkdaşlığımızı yüksək qiymətləndiririk", - deyə səfirliyin bəyanatında vurğulanır.
Xatırladaq ki, son illər ABŞ-ın Ermənistandakı keçmiş və indiki səfirləri mütəmadi olaraq Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrində görüşlər keçirirlər. Ötən il NATO, o cümlədən ABŞ general və zabitlərinin iştirakıyla Ermənistan ərazisində kiçikmiqyaslı təlimlər də təşkil edilib.