Yazını böyüt
Yazını kiçilt
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin noyabrın 14-də Ankarada keçirilən danışıqlarda Ukrayna məsələsini müzakirə etməyiblər.
Hafta.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud bildirib.
Onun sözlərinə görə, müzakirə mövzusu nüvə risklərinin idarə olunması olub.