ABŞ nüvə silahlarının müasirləşdirilməsinə 20 milyard dollara yaxın pul ayıra bilər

22:48 11.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ nüvə silahlarının müasirləşdirilməsinin davam etdirilməsi üçün 19,8 milyard dollar büdcə vəsaiti ayırmağı təklif edir.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının 2025-ci maliyyə ili üçün büdcə layihəsində bildirilib.

“Büdcə 2022-ci il Milli Müdafiə Strategiyasının prioritetləri nəzərə alınmaqla, silahlarla bağlı fəaliyyətlər üçün 19,8 milyard dollar nəzərdə tutur. Bu da 2021-ci illə müqayisədə 4,5 milyard dollar çoxdur”, - məlumatda deyilir.

Qeyd edilib ki, büdcə müəllifləri nüvə qüvvələrinin müasirləşdirilməsi proqramlarına, o cümlədən əmrlərin verilməsi, nəzarət və rabitə üçün informasiya şəbəkələrinə diqqət yetirirlər.