Yazını böyüt
Yazını kiçilt
Bu yaxınlarda ABŞ vətəndaşlığını alan Rusiya vətəndaşlarının sayında rekord artım qeydə alınıb.
Hafta.az-ın yazdığına görə, “Second Wind” konsaltinq şirkəti ABŞ məlumatlarına əsaslanaraq bildirib ki, 2022-ci ildə 10420 Rusiya vətəndaşına ABŞ pasportu verilib.
Ötən il 9811 Rusiya vətəndaşı “Yaşıl Kart” sahibi olduğu halda, onlardan 2642 nəfəri ABŞ-da yaşamaq icazəsi ala bilib.
Bu reytinqdə Rusiya vətəndaşları dünyada ikinci yeri tutublar.
Rusiya vətəndaşları ötən il ABŞ-da 4654 immiqrasiya vizası və 42770 digər növ ABŞ vizası alıblar.