ABS Rusiya neftinin idxalına qadağa qoyub

21:00 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Rusiyadan neft, qaz və kömrün idxalına tam qadağa qoyub.

Hafta.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ABŞ Prezidenti Co Bayden bununla bağlı qərarı təsdiqləyib.

Baydenin sözlərinə görə, bu addım Rusiyaya daha bir güclü zərbə vuracaq.

"Biz müharibənin subsidiyalaşdırılmasının bir hissəsi olmayacağıq" -, deyə ABŞ lideri bildirib.

Qaz qiymətlərinin artması ilə bağlı artan qorxulara baxmayaraq, bu addım ABŞ-da geniş siyasi dəstəyə malikdir.