ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

09:21 30.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Co Bayden Ukrayna və Rusiya danışıqlarının nəticələrini dəyərləndirib.

Hafta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumatda bildirilib ki, Bayden ABŞ-ın siyasətini dəyişmək üçün heç bir səbəb görmür:

"Rusiyanın sülh təşəbbüslərinə sadiqliyini yoxlamaq istəyirik. Onların təklif etdiklərini yerinə yetirib-yetirməyəcəyini görəcəyik. O vaxta qədər biz sərt sanksiyaları saxlamağa və Ukrayna ordusunu müdafiə vasitələri ilə təmin etməyə davam edəcəyik".