ABŞ Şimali Koreyanın ballistik raket buraxılışını pisləyib

11:37 18.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Şimali Koreyanın həyata keçirdiyi ballistik raket buraxılışını pisləyir.

Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.

“Bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulmasıdır. Bununla Şimali Koreya qonşularını təhdid edir, regional təhlükəsizliyi pozur”, - deyə diplomat qeyd edib.

“Biz diplomatik yanaşmaya sadiq qalırıq və Şimali Koreyanı dialoqa təşviq edirik”, - deyə o əlavə edib.