ABŞ tərəfi Putinin Baydenlə açıq videokonfrans rejimində danışıqlar təklifini dəstəkləməyib

15:10 22.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə videokonfrans formatında açıq rejimdə danışıqlar aparması təklifini dəstəkləməyib.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib: "Təəssüflə qeyd edirik ki, ABŞ tərəfi Rusiya prezidenti Vladimir Putinin prezident Co Baydenlə ikitərəfli problemləri, eləcə də ikitərəfli sabitlik mövzusunu müzakirə etmək üçün videokonfrans formatında açıq rejimdə martın 19-da və ya 22-də danışıqlar aparması təklifini dəstəkləməyib.

Rusiya-Amerika münasibətlərində Vaşinqtonun günahı ilə yaranan çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün daha bir fürsət əldən verildi. Bunun məsuliyyəti tamamilə ABŞ-ın üzərinə düşür”,deyə bəyanatda vurğulanıb.