ABŞ Ukraynaya 50 milyardlıq yardım ayıracaq

10:17 11.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə Ukraynaya humanitar yardım üçün 50 milyard dollar ayıracaq.

 

Hafta.az-ın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris bildirib.

 

"Bu gün biz humanitar yardım üçün Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı vasitəsilə daha 50 milyard dollar ayıracağını elan edirik", - deyə Harris Polşa Prezidenti Andjey Duda ilə keçirdiyi mətbuat konfransında qeyd edib.

 

Vitse-prezident vurğulayıb ki, ABŞ Ukrayna xalqını dəstəkləyir.