ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

15:34 07.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevral ayından bəri ABŞ İranla münaqişə fonunda Yaxın Şərqdə yerləşən bazalardakı hərbçilərinin sayını təxminən 10 min nəfər artıraraq 50 minə çatdırıb.

Hafta.az xəbər verir ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl Yaxın Şərq regionunda - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 min Amerika əsgəri yerləşdirilmişdi. Hazırda isə regiondakı ABŞ hərbçilərinin sayı 50 mini keçib.

Qeyd edilir ki, Yaxın Şərqdəki bütün hərbi kontingent tam döyüş hazırlığı vəziyyətindədir.

Bu arada, Ağ Ev İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlığı ilə bağlı ziddiyyətli siqnallar göndərir./“The New York Times”/