Yazını böyüt
Yazını kiçilt
Rəsmi sponsor “Adidas” bazarı tərk etdikdən sonra Rusiya Futbol İttifaqı milli komanda üçün nəzərdə tutulan ilk formaları nümayiş etdirib. Rus şirkətinin məhsulları alman şirkətinin buraxdığı boşluğu dolduracaq.
Hafta.az-ın yazdığına görə, yeni formaları Rusiyanın “Jogel” şirkəti hazırlayıb. Şirkət qırmızı formanın od quşu (jar-ptitsa), ağ formanın isə soyuq mövzu ilə hazırlandığını açıqlayıb.
Rusiya millisinin formalarını 2008-ci ildən “Adidas” hazırlayır. Şirkət Ukraynaya qarşı hərbi müdaxiləni əsas gətirərək bazardakı fəaliyyətini dayandırıb.