ADY-nin konteyner daşımaları 18 faiz artıb

17:06 06.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AZCON Holding şirkətlərindən olan ADY bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir.

Qeyd olunan dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.