Aeroport yolunda piyadanı maşın vurub öldürdü

19:37 06.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda qeydə alınıb.

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./apa/