Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jan Kaseya Əddis-Əbəbədə verdiyi açıqlamada İİV/QİÇS, malyariya, vəba və Ebola kimi xəstəliklərin qitədə əhalinin artımına mənfi təsir göstərdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, Afrika CDC-nin yerli peyvənd istehsalı və sınaq imkanlarını gücləndirmək üçün aktiv səylər göstərdiyini ifadə edən Kaseya, 2040-cı ilə qədər vaksinlərin yüzdə 60-nın qitədə istehsal ediləcəyini bildirib.
Peyvənd istehsalı ilə bağlı xüsusi proqram başlatdıqlarını və məqsədlərinə çatmaqda qərarlı olduqlarını vurğulayan Kaseya Afrika ölkələrini yerli dərman şirkətlərinə dəstəyini artırmağa çağırıb. O qeyd edib ki, onların məqsədi qitənin dərman təminatında lazımi səlahiyyətlərə sahib olmasını təmin etməkdir.
Covid-19 epidemiyasından sonra peyvənd istehsalı istiqamətində addımlar atmağa başlayan Afrika ölkələri xarici şirkətlərlə tərəfdaşlığa üstünlük verib.