Ağ Ev ABŞ-ın İranla müharibə istəmədiyini bildirib

18:37 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İranla müharibə və Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir. O, bu barədə NBC telekanalında bildirib.

“Biz İranla müharibə axtarmırıq və regionda münaqişənin genişlənməsini istəmirik”, - deyə o bildirib.

Kirbi ABŞ-ın Yaxın Şərq bölgəsinin sabit olmasını və ABŞ ordusuna qarşı hücumların orada dayandırılmasını istədiyini vurğulayıb.