Ağ Ev Uitkoff və Kuşnerin Pakistana yola düşəcəyini təsdiqləyib

22:28 24.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin iranlılarla birbaşa danışıqlar aparmaq üçün Pakistana yola düşəcəklər.

Hafta.az-ın məlumatına görə, bu barədə Ağ Evin sözçüsü Kerolayn Livit açıqlama verib. Onlar Şərq vaxtı ilə sabah səhər yola düşəcəklər.

“İranlılar bizimlə əlaqə saxlayaraq üzbəüz görüş üçün müraciət ediblər”,- deyə o bildirib.