Ağacları qanunsuz kəsənlərlə bağlı tədbir görülüb

21:21 15.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oğuz rayonunda ağacların qanunsuz kəsilməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.