Ağalı kəndində tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib - FOTO

14:25 22.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlanğıcı olan Zəngilan rayonunun Ağalı kəndində ilk istehsal müəssisəsi olan "Gillmed" tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.

KOBİA-dan hafta.az-a verilən məlumata görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Ağalı kənd sakinlərinin biznes fəaliyyətinə başlaması və məşğulluğunun təmin edilməsi üçün biznes təlimləri davam etdirilir.

KOBİA-nın dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış "Gillmed" tikiş fabrikində tibbi təyinatlı tekstil məhsulları, o cümlədən tibbi maska və baxil, uniforma istehsal olunur. Hazırda müəssisədə gündəlik 200-400 önluk və 8000-dən çox tibbi maska və digər geyimlər istehsal edilir.

Fabrik işçi sayını 50-yə çatdırmağı və istehsalı genişləndirməyi hədəfləyir.

Qeyd edək ki, bu ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabrikinin istehsal prosesi ilə tanış olub.