Ağcabədidə 3 otaqlı ev yanıb

15:22 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Ağcabədi şəhərində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin iki otağının yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.