Ağdamda ağır yol qəzası - Ölən var

16:26 16.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bərdə-Ağdam avtomobil yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" markalı avtomobillə "BMW" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.

"VAZ-2107" markalı avtomobilin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb. Digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Oxunma sayı 48