Ağdamda ağır yol qəzası baş verib - Ölənlər var

10:44 10.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Xıdırlı kəndi istiqamətində qeydə alınıb. Belə ki, “Hyundai” markalı minik avtomobili ilə “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza zamanı 4 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralıların təxliyəsi üçün əraziyə təcili tibbi yardım briqadaları göndərilib.

İlkin məlumatlara əsasən, həyatını itirən şəxslərin hərbçi olduqları bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.