Ağdaşda yol qəzası olub: ölən var

09:40 11.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan hafta.az-a bildirilib ki, martın 11-də saat 1 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.