Ağdaşda yük maşını aşıb, xəsarət alanlar var

21:52 09.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayonunda iritutumlu yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hafta.az xəbər verir ki, hərəkətdə olan yük maşınının sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəza zamanı sürücü və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qəzadan sonra maşında olan bitum yola dağılıb.