Ağsu rayonunda ev yanıb

10:42 12.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 135 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.