Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub

15:40 16.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda selin ekskavatoru aparması nəticəsində ölən şəxs sahə rəisi olub.

Bu barədə hafta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı-İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.