Ağsuda xeyli silah-sursat aşkarlanıb

11:52 05.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda xeyli silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub.

Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.