Yazını böyüt
Yazını kiçilt
“Air France-KLM” hava yolları 2020-ci ildə COVID-19 pandemiyasına görə 7,1 milyard avro itirib.
Əvvəlki illə müqayisədə ticarət dövriyyəsi 59 faiz azalıb. Şirkət 2019-cu ilə nisbətən müştərilərinin 67,3 faizini itirib. Aviaşirkət itkilərin dərhal bərpa edilməsinin mümkün olmayacağı, 2021-ci ilin ilk rübünün çox çətin olacağı ilə bağlı xəbərdarlıq edib. Şirkət koronavirus əleyhinə peyvənd sayəsində 2-ci və 3-cü rüblərdə uçuşların artacağına ümid etdiyini bildirib.
Ötən il KLM 5 min, “Air France” isə 3600 işçini ixtisar edib. Şirkətin prezidenti bildirib ki, böhrandan çıxmaq üçün səylər göstərilməsi vacibdir. Bu baxımdan KLM-dən 900, “Air France”dan isə 4900 işçinin ixtisara salınması ilə bağlı plan hazırlanmaqdadır.