Avropa Komissiyası (AK) Qərbə dost olmayan ölkələrlə texnologiya mübadiləsini məhdudlaşdıracaq. TASS yazır ki, bu barədə çərşənbə axşamı, iyunun 20-də Avropa Komissiyasının rəhbərinin müavini Marqret Vestager bildirib.
AK ilk dəfə olaraq Avropa İttifaqı üçün Brüsselin səlahiyyətlərini genişləndirəcək və müəyyən dövlətlərlə ticarət və texnologiya mübadiləsini məhdudlaşdıracaq iqtisadi təhlükəsizlik strategiyasını təqdim edib. Strategiya xarici sərmayələrə və Avropa ixracına nəzarət tədbirləri, 5G və 6G təhlükəsizliyini əhatə edir və xarici sanksiyalarla mübarizə alətlərini ehtiva edir. Bundan əlavə, strategiya Aİ-nin kritik resursların idxalından asılılığını azaltmalıdır.
Vestagerin sözlərinə görə, ixracı Qərbə dost olmayan ölkələrlə məhdudlaşdırılacaq ikili istifadə texnologiyalarının siyahısı sentyabr ayına qədər Aİ tərəfindən qəbul ediləcək.