Alabamada uşaqla oynayan it onu öldürüb

15:39 02.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Alabama ştatında bir ailənin ev heyvanı kimi saxladığı canavar və itin hibridi olan heyvan uşağı öldürüb.

Məlumata görə, canavar-it yerdə uzanmış uşağı tutub və onunla oynamağa başlayıb. Oyun zamanı o, uşağı öldürüb.

Valideynlər körpəni xilas etməyə çalışsalar da, artıq gec olub.

Qeyd edək ki, canavar-iti də öldürmək məcburiyyətində qalıblar. oxu.az

Oxunma sayı 77