Rusiyada BelkaСar ride-sharing şirkətinin səhmlərini oğurlamaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilən alman iş adamı Ralf Novak məhkəmənin keçirildiyi gün yoxa çıxıb. O, Almaniyanın Moskvadakı səfirliyinin ərazisində sığınacaq tapsa da, uğursuz olub.
Hafta.az-ın “Der Spiegel”ə istinadən yazdığına görə, diplomatlarla saatlarla davam edən uğursuz danışıqlardan sonra Novak diplomatik missiya ərazisini öz istəyi ilə tərk edib.
"O, özünü pis hiss edirdi, təşviş içində idi və yenidən həbsxanaya düşəcəyindən qorxurdu", - Novakın rusiyalı vəkili bildirib.
“Der Spiegel” bildirir ki, hətta hüquqi baxımdan Novakın kömək almaq şansı azdır, çünki məsələ siyasi deyil və Vyana Konvensiyasına görə səfirlik həmin şəxsi yerli hakimiyyət orqanlarına təhvil verməlidir.
İddiaya görə ev dustaqlığında olan Novak iyunun 3-də keçirilən iclasda iştirak etməyib. Vəkili də onunla əlaqə saxlamaq mümkün olmadığını açıqlayıb. Çərşənbə səhərinə qədər Novakdan xəbər olmayıb, günorta onun “təslim olması” xəbəri eşidilib.
Novak və ortağı İlnur Azmuhanov 2022-ci ilin fevralında saxlanılıb və ev dustaqlığı qərarı verilib. Onlar, offşor Cypriot BelkaCar Ltd-nin rəhbərliyi ilə əlbir olaraq BelkaCar səhmlərinin 52,4 faizini oğurlamaqda və sonra onları uydurma əməliyyatla Bryanston Resources AG şirkətinə satmaqda ittihamlanırdı.