Planet İnstitutunun və digər elmi qurumların amerikalı alimləri müəyyən ediblər ki, Ayın səthində torpaqda hər yerdə su izləri var. Tədqiqat The Planetary Science Journal (TPSJ) elmi nəşrində dərc olunub.
Komanda Yerin təbii peykinin mineraloji xəritələrini təhlil etdi və günəş işığı olan ərazilər də daxil olmaqla, bütün Ay enliklərində və topoqrafiyasında su və hidroksil molekullarının (bir hidrogen atomu və bir oksigen atomunun birləşməsi) mövcudluğunu aşkar etdi.
Əvvəllər hesab edilirdi ki, Ayda su yalnız qütblərdə və buz yataqlarının bir neçə metr qalınlığında olan dərin, kölgəli kraterlərdə tapıla bilər.
Tədqiqatçılar 2008 və 2009-cu illərdə Ayın ətrafında dövr edən Chandrayaan-1 kosmik gəmisində Moon Mineralogy Mapper (M3) cihazının məlumatlarından istifadə ediblər.
Vüsal