Almaniya Silahlı Qüvvələrində (Bundesver) 2031-ci ilə qədər hərbi personalın mövcud 183 mindən 203 minə qədər artırılması məqsədinə nail olmaq üçün hazırlanan afişalarda namizədlərdən türk dilində “Dəniz Qüvvələrimizin Bir Parçası Olun” ifadəsi ilə müraciət etmələri xahiş olunur.
Hafta.az-ın yazdığına görə, xüsusilə türklərin cəmləşdiyi bölgələrdə asılan elan və afişalarda müxtəlif peşə qruplarında iş üçün ixtisaslı kadrların müraciət edə biləcəyi bildirilir.
Almaniya Silahlı Qüvvələrinin internet saytında dövlət qulluqçuları, pilotlar, ofis işçiləri, menecerlər, mühəndislər və dəniz zabitləri kimi bir çox peşəkar qruplar var.
Almaniya Silahlı Qüvvələri tərəfindən yaradılan müraciət səhifəsində məlumatlarını daxil edən namizədlərlə kifayət qədər hesab edildikdə daha sonra əlaqə saxlanacağı bildirilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius 2023-cü ilin iyun ayında verdiyi açıqlamada Covid-19 epidemiyasından sonra orduya müraciət edənlərin azaldığını və ixtisaslı kadr çatışmazlığının olduğunu qeyd edib.