Almaniya dronlardan müdafiə proqramı hazırlayır

19:48 04.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın milli ərazisinin müdafiə komandanı Karsten Breuer, iddia edilən pilotsuz təyyarələrin aşkarlanması ilə əlaqədar ölkənin Müdafiə Nazirliyinin obyektlərinin mühafizəsi proqramının yaradılmasına göstəriş verib. Bu barədə cümə günü "Der Spiegel" jurnalı sənədə istinadən məlumat yayıb.

Orada deyilir ki, "xüsusilə Berlin və Bonn şəhərlərində mülkiyyət mühafizəsini gücləndirmək və "dronları aşkar etmək üçün "qısamüddətli variantlar" araşdırılmalıdır.

Sənəddə verilən məlumata görə, Bundesver obyektləri üzərində şübhəli uçuşların sayı artır. Sonuncu dəfə oktyabrın sonunda Bonndakı müdafiə departamentinin binası üzərində qanadlarının uzunluğu 8 m-ə qədər olan pilotsuz təyyarə aşkar edilib.