Almaniya hökumətindəki mənbələr Berlin administrasiyasının F-35 qırıcıları almağa prinsipial razılıq verdiyini açıqlayıb.
Hafta.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi xərclərini artıracağını açıqlayan Almaniya F-35 ilə ilk addımını atmağa hazırlaşır.
Almaniya öz hava qüvvələrini ABŞ istehsalı olan F-35 qırıcıları ilə təchiz etmək istəyir, hökumət mənbələri Deutsche Presse-Agentur-a (dpa) bildiriblər.
Mənbələr Almaniyanın maksimum 35 ədəd F-35 almağı planlaşdırdığını bildirib. Dpa-nın gündəmə gətirdiyi xəbərlə bağlı rəsmi qurumlardan hələlik rəsmi açıqlama verilməyib.
Almaniya kansleri Olaf Şolz Almaniya ordusuna investisiyalar və silahlanma layihələri üçün federal büdcədən 100 milyard avro alacağını bildirib. Bu əlavə fondun konstitusiya ilə təmin ediləcəyini bildirən Scholz, fondun investisiya və avadanlıq üçün istifadə ediləcəyini vurğulayıb.
Scholz açıqlamasında "Bu gündən etibarən biz hər il ümumi daxili məhsulun 2%-dən çoxunu müdafiəmizə yatıracağıq" deyib. "Biz bunu öz təhlükəsizliyimiz üçün edirik".