Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer iyunun 2-də dərc etdiyi yazı ilə bağlı izahat verib.
Hafta.az-ın yazdığına görə, səfir sosial şəbəkədə aşağıdakı dəqiqləşdirmələri aparır: 1. Almaniya kanslerinin sözündən sitat gətirmişəm və onun mənbəyinə istinad etmişəm. Konteksti hamı yoxlaya bilər. 2. Almaniya səfirliyi sualları cavablandırıb: Kanslerin bəyanatı məhz Almaniyadan bəhs edib. 3. Ümid edirəm ki, siz kanslerin sözləri ilə razısınız”.
İyunun 2-də Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Almaniyanın kansleri Olaf Şoltsun zorakılığın pislənilməsi ilə bağlı bəyanatını paylaşıb, lakin səfir kanslerin bəyanatının hansı ölkəyə aid olduğunu dəqiqləşdirməmişdi. Səfir tərəfindən Şoltsun bəyanatı sosial şəbəkədə paylaşıldıqdan sonra bir neçə gürcü media vasitəsi Şoltsun bəyanatının Gürcüstanla bağlı olması haqda məlumat yayıb.
Olaf Şoltsun bəyanatına gəlincə, Almaniyanın kansleri ölkəsində baş vermiş zorakılıq hallarını pisləyib və qeyd edib: “Siyasi motivli düşmənçilik və hücumlar artır, nifrət və zorakılığa dözümsüzük var. Millətin əksəriyyəti layiqli insandır və onların səsi səhvsiz başa düşülməlidir”.