Almaniyada 6 günlük dəmiryol tətili olacaq

23:20 23.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan başlayaraq yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır.

Hafta.az xarici KİV-ə istinadla xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib.

Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli qatar şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.