Almaniyanın "müharibə planı" ortaya çıxdı

09:10 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın çox oxunan qəzetlərindən “Bild” Müdafiə Nazirliyinin müharibə planı layihəsinin bəzi hissələrini dərc edib.

Hafta.az-ın yazdığına görə, xəbərdə “Əməliyyat planı” adlı məxfi sənədin hələ də layihə formasında olduğu və aprel ayına qədər tamamlanacağı paylaşılıb.

Layihədə mümkün müharibə vəziyyətində Almaniyanın aktiv cəbhə xəttindən daha çox tranzit ölkə kimi fəaliyyət göstərəcəyi proqnozlaşdırılıb, ilk mərhələdə hərbi hissələrin əsas magistral yolları, qatar stansiyalarını və dəniz limanlarını nəzarətə götürməsi planlaşdırılıb.

MN-nin döyüş planında ordu ilə yanaşı mülki şəxslərə də bəzi vəzifələr qoyulması diqqət çəkib. Almaniyanın hər yerində mövcud olan 579 sığınacaq yerinin qeyri-kafi olduğuna diqqət çəkən planda mülki şəxslərdən evlərinin zirzəmilərini və qarajlarını sığınacaqlara çevirmələri istənilib.

“Bild”ə danışan Mülki Əhalinin Müdafiəsi və Fəlakətlərə Yardım üzrə Federal Bürosunun rəhbəri Ralf Tisler bildirib ki, yeni sığınacaqların tikintisi vaxt məhdudiyyəti səbəbindən mümkün deyil.

“Bild”in xəbərləri Almaniya ictimaiyyətində son vaxtlar artan müharibə diskursunun ən son keçidi olaraq qeyd edilib.

Nəhayət, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya ilə müharibə təhlükəsinə diqqət çəkərək, Moskvanın 5-8 ildən sonra NATO ölkəsinə hücum edə biləcəyini bildirib.

Berlin administrasiyası Ukrayna müharibəsi başlayandan bəri artan regional təhlükələrə qarşı ordunu gücləndirmək üçün bəzi addımlar atıb. Alman ordusundakı əsgərlərin sayını 2031-ci ilə qədər 183 mindən 203 minə çatdırmaq planı da bu addımlardan biridir.