AMEA prezidenti: Belə getsə, seysmologiya sahəsində alim tapılmayacaq

12:01 29.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər:

"Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq".

Oxunma sayı 115